İslam Səfərli poeziyası
  Səməd Vurğun
 

“1906-1956”

 

Səməd Vurğunun əziz xatirəsinə

 

İnsan dünyaya gəlir,

Təvəllüdü yazılır.

İnsan dünyadan gedir,

Baş daşında bir tire,

İki rəqəm qazılır...

İnsan dünyaya gəlir,

İllərlə qələm çalır,

Zəkasına baş əyib,

Ulduzlar da alçalır.

İnsan dünyadan gedir,

Onun həyat yolundan

Kiçik bir tire qalır.

Ömrün uzun yolları!

Ötsə də üstünüzdən,

Siz ey kiçik tirelər!

Zamanın sərt ruzgarı;

Səyyarələr yağsa da

Göylərdən dolu kimi.

Böyüyən bir duhanın

Şərəfli yolu kimi.

Mərmərlərə həkk olan,

Siz ey kiçik tirelər!..

Mənalı insan ömrü,

Heç vaxt getməyir hədər.

 

 

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free