İslam Səfərli poeziyası
  Cəlal Qaryağdıya
 

Heykəl

 

Heykəltəraş

Cəlal Qaryağdıya

ithaf edirəm

 

Paytaxtım üstündə bir zirvə qalxdı,

Zirvədə Nəriman baxışları var.

O müdrik insanın ucalıq taxtı,

Həmişə, hər zaman yüksəkdə durar.

 

Böyük sənətkarın mahir əlləri,

İncəlik, zəriflik naxışlarıdır.

Bəlkə Nərimanın dalğın nəzəri,

Bizim Qoca Şərqin baxışlarıdır.

 

Dəməyin Nəriman getdi dünyadan,

O, Şərqdə ən böyük havadar oldu.

Onun heykəlini göyə ucaldan,

Sehrkar barmaqlı Qaryağdı oldu.

 

 

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free