İslam Səfərli poeziyası
  Turan Cavidə
 

 

Sevib Yaşatdı

 

Turan Cavidə

 

Ona gec də olsa,

Sevinc verdilər.

O, dalğın dayandı, o sevinmədi.

Onu öz fövqündə duran gördülər,

O, göylər qızı tək

Yerə enmədi.

 

Ona bir şəfəqli,

Müjdə verdilər.

Güneylər gülsə də, qüzeylər gülməz.

Ona dünya boyda xəbər dedilər,

Dedi: - Bilirdim ki,

Sənətkat ölməz!..

 

O, söz hikmətini,

Sevib yaşatdı

Dalğın  baxışının ifadəsində.

O, nə kiprik sıxıb, sinə boşaltdı...

Şairi ucaltdı iradəsində...

 

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free