İslam Səfərli poeziyası
  İlham İslam oğlu Səfərliyə
 

Oğluma

 

Rəssəm

İlham İslam oğlu Səfərliyə

 

Ayaq tutub gəzdikcə sən,

Qəlbim gülür sevincimdən.

Səni basıb bağrıma mən,

Deyirəm ki, oyna, bala,

Qurbanam boyuna, bala!

 

Bir-birindən xoş gəlir il,

Ürəyimdə yoxdur nisgil.

Göz muncuğu gərək deyil,

Yalan sözdür nəzər, bala,

Ey özümə bənzər bala!

 

Yetişmişəm hər kamıma,

Vurulmuşam dövranıma.

Mən də körpə İlhamıma

Deyirəm ki, - Sevin, bala,

Bəzəyisən evin, bala!

 

 

 

 






Add comment to this page:
Your Name:
Your Email address:
Your Message:

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
=> Do you also want a homepage for free? Then click here! <=
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır.