İslam Səfərli poeziyası
  Fikirlər
 

İslam Səfərlinin əsərlərində diqqəti cəlb edən başlıca xüsusiyyət həyata nikbin baxışıdır. İslam Səfərli səadət, sevgi, qarşılıqlı məhəbbət, dotluq nəğməkarıdır... O, haqlı olaraq süni gözəlliyə uymur, real həyat həqiqətinə sadiq qalır. Onun poeziyasında diqqəti cəlb edən xüsusiyyətlərdən biri də sadəlik, səmimlikdir. Şair mövzuda da tərənnümə layiq kefiyyət görür. Həmin adi mövazuları poetikləşdirən müəllif  sözün əsl mənasında dil sadəliyi və ahəngdarlığına diqqət yetirir, təmtəraqlı sözlər işlətmir.”

 

Professor Pənah Xəlilov

 

“.... İslam Səfərli vətəndaş şairdir. Onun şeirləri vətəndaşlıq ruhunu güclülüyünü, doğma torpağa olan məhəbbəti ilə seçilir”.

 

Aslan Kərimli

 

“İslam Səfərlinin keçdiyi yol həm sözün əsl mənasında, həm də poeziya sahəsində həqiqi döyüş yolu olmuşdur”.

 

Professor Ə. Ağayev

 

“Qardaşım əsl vətəndaş idi. Elin-obanın dərdini çəkmədən, dara düşənə ehtiyacı olana kömək etməkdən zövq alardı. Ömrünün axırına qədər özünə, öz keyfiyyətlərinə xilaf çıxmadı. Bizə də yaxşılıq etməyi, imkansıza əl tutmağı tövsiyə etdi. İslam ailə üzvlərinə, yaxınlarına tapşırmışdı ki, gecənin nə vaxtı olursa olsun, məni soruşan varsa çağırın. Gələn admın yəqin ki, nəyəsə  ehtiyacı var. Buna görə də İslam Səfərli uzun illərdi ki, xalqın xatirindən çıxmır”.

 

Hidayət Səfərli

 

“İslam Səfərlinin elə bircə “Göz həkimi” pyesi kifayətdir deyək ki, o, həm də Dramaturq kimi yaşayacaq”.

 

Vaqif. Yusifli

 

“....İslam Səfərli kimi ikinci bir nəğməkar şair-şeirlərinə çoxlu-çoxlu lirik, həzin mahnılar bəstələnən söz ustası bəlkədə yoxdur”.

 

Telman Mehdixanlı

 

“Allah rəhmət eləsin İslam Səfərliyə. Onunla işləmək mənə xüsusi zövq verirdi. Asan işləyirdim. Şeiri musiqiyə yatımlı idi. Sözləri ütüləmək, hamarlamaq, yonmaq lazım gəlmirdi. Birlikdə xeyli mahnı yazmışıq”.

Ramiz  Mirişli

 

“....İslam Səfərlinin “Göz həkimi”, “Nə vaxta qaldı?”, “Ay qaşı, gözü qara qız” və s. kimi mahnıları  bu gün də  xalqın dilindən düşmür, sevilə-sevilə oxunur. Bunun səbəbi nədir? Dilində saflıq, duruluq, səmimiyyət, bir də poetiklikdir. Onun şeirlərinin gözəlliyi bənzətmələr, istiarələr, poetik detallar  və bədii ifadələrdir”.

 

Bəxtiyar  Vahabzadə

 

İslam Səfərli poeziyasının əbədi estetik meyarı zəhmətkeş insanın qurub-yaradan əlləri, saf əxlaqı, onun xalq və cəmiyyət önündə böyük ehtirama layiq vüqarıdır. Hansı sahədə çalışmasından, ictimai mənşəyi və yaşından aslı olmayaraq, şeirinin, poemalarındakı başlıca sürətlərin də demək olar ki, hamısı bu mənada onun estetik idealarının daşıyıcılarıdır. Bu poemaları qayəcə birləşdirən büllur kimi təmiz məhəbbət, heç bir ləkə götürməyən vicdan, ictimai borc duyğusuna sədaqət, düz niyyətdir. Başdan-başa həyati hadisə və faktlar əsasında qurulan kompozisiya, axıradək maraqlı izlənən sujet, qarşı-qarşıya durub mübarizə aparan canlı insan sürətləri üçün səciyyəvi ələmətlərdəndir. Buna görədir ki, rişəsini el ədəbiyyatından alan şair İslam Səfərli xalq rəvayətləri, dilsiz əsərlərdən gələn əfsanələr əsasında maraqlı epik əsərlər yaratmışdır...

 

Filologiya elmlər namizədi

Mirhüseyn Abbaslı

 

 

 

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free