İslam Səfərli poeziyası
  Cəlil Məmməquluzadəyə
 

Şərqin Şöhrəti

 

Böyük ədib

Cəlil Məmmədquluzadəyə

 

I hissə

 

Mirzə Cəlil! Mirzə Cəlil!

Doğuldunsa Nehrəmdə sən,

Yüz Nehrəmin dərdi keçdi

Vətəncanlı ürəyindən.

***

Baxdın Həsən əmilərə,

Min bir əmin düşdü yada.

Tutuşdun bir qəm oduna,

Min bir qəmin düşdü yada.

***

O suvaqlı daxmalarda,

Duydun elin ahını sən.

Əllərinə qələm verib,

- Dərdimizi yaz! – dedi Vətən.

***

Durdun iti qələminlə

Millətinin keşiyində.

Sabirlərin, Səhhətlərin

Səhhətinin keşiyində...

 

I I hissə

 

Mirzə Cəlil! Mirzə Cəlil!

Sadiq qaldın öz əhdinə,

Ürəyinin hər sözünü

Verdin “Molla Nəsrəddin”ə

***

Lakin o yox, sən diriltdin

Bütün canlı ölüləri.

Qalxdı qəflət yuxusundan,

Cəhalətli Şərq elləri...

***

Durdun iti qələminlə

Millətinin keşiyində.

Sabirlərin, Səhhətlərin

Səhhətinin keşiyində...

 

I I I hissə

 

Mirzə Cəlil! Mirzə Cəlil!

Sən güldün də, ağladın da.

Qəmküsara güllə dəydi,

Dönüb qara bağladın da.

***

Sadə, şirin ləhcənlə sən,

Dilimizə şöhrət oldun.

Bu hikmətlər ölkəsinə,

Ən dərin bir hikmət oldun.

***

Sən də böyük ürəyinlə

Salamladın bu diyarı!

Sən bu gündə dayanmısan

Sabirlərin, Səhhətlərin

Səhhətinin keşiyində...

 

 

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free