İslam Səfərli poeziyası
  Mirmehdi Seyidzadəyə
 

 

 

Əsrin son gününə

bərabər gedək

 

Şair dostum

Mirmehdi Seyidzadəyə

 

Bizə deyirlər ki, gözəl dostdular,

Şairim, onlara bircə sözüm var:

- Dünya belə olub əzəldən bəri,

Təmiz ürəklilər daim dost olar!..

 

Şair var, desə də gözəl şeirlər,

Onu insan kimi sevmir ellər.

Lakin əziz dostdum, hər yerdə sənə,

Həm insan, həm də ki, şair deyirlər.

 

Şerin töküldükcə min bir varağa,

Bütün gənc nəslimiz qalxır ayağa.

Dəmə qocalmışam bu xoş günümdə,

Saçların gümüşdür Ağa, ay Ağa!

 

“Ayaz”ın düşmənlə durmuş üz-üzə,

“Nərgiz”in Nərgizlər yetirib bizə.

Mənim Dilaşad qızım, sevimli balam

Oxşamaq istəyir igid Nərgizə...

 

Yazdığın hər incə, hər gözəl şeir,

Neçə kənddən deyir, şəhərdən deyir.

Bütün gül balalar verib səs-səsə,

Sənin hər şeirini əzbərdən deyir.

 

İlham vəcdə gələr, söz qanad çalar,

Ömrünü sənətə verən ucalar.

Qoy deyim, bu söz də bir məqsəd olsun:

- Gəncləşər gənclərlə gəzən qocalar!..

 

Çarpdıqca sevinclə sinəmdə ürək,

Qoy şerim baçına səpsin gül-çiçək.

Mirmehdi, qolunu keçir qoluma,

Əsrin son gününə bərabər gedək.

 

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free