İslam Səfərli poeziyası
  Cəfər Cabbarlıya
 



Cəfərim Mənim

 

Cəfər Cabbarlının əziz xatirəsinə

 

Ustad sadiq qaldı öz ilqarına,

Milyonlar bir mizrab vurur tarına.

Sənin könül adlı söz diyarına

Düşübdür yenə də güzarım mənim.

 

Əlimə ilk qələm aldığım günü

Hürkütdün gözlərdə yatan mürgünü.

Ucalt, göyə qaldır sənət mülkünü,

Cəfərim, Cabbarlım, zəfərim mənim.

 

Dəryadan dərinsən, göydən qəlbisən,

Bir zümrüd quşusan, uçuşunla sən.

Elxanı, Yaşarı, Almazı sevən,

Sevili sevdirən Cəfərim mənim..

 








 

 

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free