İslam Səfərli poeziyası
  Şovkət Ələkbərovaya
 

 

 

Nəğməkar Qız

 

Unudulmaz müğənnimiz

Şövkət xanım Ələkbərvaya

həsr edirəm.

 

Ötən bulud, əsən külək, coşan dəniz, dinlə bir an,

Həsrətini çəkdiyim qız şirin-şirin oxuyur.

Onun səsi yerin-göyün ürəyini dindirir.

Görəsən o oxuduqca nə düşünür, nə duyur?

 

Nəqarət

 

Pəncərəmdən aymı baxır, yoxsa o qız, görəsən?

Yoxsa onun nəfəsidir ləpələrə toxunan?

Sevdalı qız, gur səsinlə bir də oxu, bir də sən,

Yoxsa mənim saf eşqimdir bu nəğmədə oxunan?

 

Çox çıxmıram gül eyvana, duyuq düşər qonşular,

Sən susursan, Ay gizlənər, bulud çökər qəlbimə.

Mən cavan bir sənətkaram, sənsə gözəl nəğməkar,

Bizim həyat nəğməmizdir oxuduğun bu nəğmə.

 

 

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free