İslam Səfərli poeziyası
  Suleyman Rəhimova
 

 

Dağ Qartalı

 

Xalq yazıçısı

Süleyman Rəhimova ithaf

 

Deyirlər, qocaman qartal uçanda,

Qayalar diz çökər, zivələr sinər.

İlham vəcdə gəlib qanad açanda,

Sənət meydanında göstərər hünər.

 

O, öz diyarına, doğma yurduna,

Elə ki, fərəhlə çevrilib, baxır;

Xalqın dərya təbi verilib ona,

Coşqun dağ selləri qəlbindən axır.

 

Elini-gününü sevən sənətkar,

Ucalır bir qartal qanadı kimi.

“Şamo”nu bağrıma basıram, dostlar,

Möhtərəm ədibin övladı kimi.

 

Yox, yox titrəməyir qurşun qələmi,

Onun sinəsində min dastan yatır.

Elə bir insanın deyin, nə qəmi,

Sənəti ən canlı epopeyadır?!

 

Yarat, ey sənətin könül sirdaşı,

Doymaz yaratmaqdan sevdalı ürək.

Ey şair Vurğunun ədib qardaşı,

Ömrün uzun olsun arzularıntək!..

 

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free