İslam Səfərli poeziyası
  Qara Qarayeva
 

Səslər

Zirvəsi

 

Bəstəkar Qara Qarayevə

 

Səs-zirvədir,

İncə bəstə cilalıdır.

Sözü varsa,

Kim yaratsa

Əsil sənət halalıdır.

Tər tökübdür,

Puçur-puçur,

Qram-qram,

Şirmayı dillər üstündə

Əziz Qaram!

Bəstələnmiş

Odlu qəlbi daim vurar,

“Yeddi gözəl”,

Yeddi gəzər,

Yüz il yaşar, min il durar.

Muğam üstə

Yeni bəstə

Yaradana minnətdaram

Əziz Qaram!

Bəstə nədir?

Musiqinin bir lələyi.

Qaramızın

Hər ulduzun

Sinəsində var ürəyi...

Qara

Səslər zivəsidir,

Qüzeyndə dənər qaram.

Qırdın səslər buxovunu,

Əziz Qaram!

Şimşəklərin

Öz ahəngi, öz rəngi var,

Qədəm basın,

Qulaq asın

Gör qəlbində nə çəngi var!

“İldırımlı yollarla” keç!

Hamar yolla

Yoxdur aram,

Əziz Qaram!

Sənin əsil sürətini

Çəkdi Tahir,

Tahir rənglər çalarıdır,

Çünki,

Mahir firçalıdır.

Ancaq mənim

Nə abım var,

Nə çəhrayım,

Nə qaram.

Sürətini

Söz üstündə yaradıram,

Əziz Qaram!

Qara vüsal,

Qara həsrət qovşağıdır,

Yağış onun

Bəstə şehi, qövsi-qüzeh qurşağıdır.

Gur Araza deyəndə ki:

Sən kamança,

Mən də taram.

Azərbaycan nəğmə deyir:

Əziz Qaram!

Əziz Qaram!

 

 
  Tərtibat: SNS-2008 [(elchinsafarli@bk.ru)]  
 
Sayt şairin nəvəsi Elçin Səfərli tərəfindən yaradılmışdır. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free